Türkiyədə İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaqa başlayıb.
Yenicag.az xəbər verir ki, Əkrəm İmamoğlu bir televiziya proqramında iştirak edərkən İstanbul Baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları ilə üzləşib.
Məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama verən İmamoğlu bunları qeyd edib:
“İstanbul Baş Prokuroru onu və ailəsini hədələdiyimi iddia edərək barəmdə istintaqa başladı. Mənim çıxışımda heç bir təhdid yoxdur. Heç vaxt heç kimi ailəsi, uşaqları vasitəsilə hədələməmişəm. İstifadə etdiyim hər söz bu ölkənin övladları və gələcəyi üçün ədalət tələbidir. Sözümdən geri dönmürəm. Bu təhdid iddiasını irəli sürən baş prokuroru Allaha və vicdanına həvalə edirəm”./Qafqazinfo/