İmamoğlu elan etdi: “Prezident olmaq üçün yola çıxıram” – VİDEO

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu prezidentliyə namizəd olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, Cümhuriyyət Xalq Partiyasının (CHP) martın 23-də keçiriləcək və prezidentliyə namizədin müəyyənləşdiriləcəyi seçkilər üçün təbliğat videosu paylaşıb.

İmamoğlu bildirib ki, əvvəlcə namizəd, sonra isə prezident olmaq iddiası ilə yola çıxır:

“Ortaq ağıl və uzlaşma ilə Türkiyə təzədən ayağa qalxacaq, millət olaraq birliyimizi və qardaşlığımızı yenidən qazanacağıq”.

Qeyd edək ki, CHP-nin prezidentliyə namizədi müəyyənləşdirmək üçün keçirəcəyi partiyadaxili seçkiyə Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş qatılmayacaq.