İmamoğlu prezidentliyə namizəd olacaqmı? – Açıqlama

İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun prezidentlik vəzifəsində gözü olduğu iddia edilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin yenilik tərəfdarı kimi tanıdığı Ekrem İmamoğlu İstanbulun bələdiyyə sədri seçildikdən sonra gözləntiləri tam doğrulda bilməyib. Buna görə də cəmiyyət içində İmamoğlunun əsl məqsədinin prezident vəzifəsinə yüksəlmək olduğu iddia edilib. Belə ki, İmamoğlunun hazırkı yerindən məmnun olmadığı və potensialını tam istifadə etmədiyi bildirilib.

Bütün bunlara isə “Hürriyet” qəzetinin yazarı Ayşe Arman cavab axtarmağa çalışıb. İmamoğlu iddialara barəsində bunu deyib:
“Haqsızdırlar, əlbəttə! Belə bir şey mümkündürmü? İstanbul məni titrədir, İstanbulun bələdiyyə sədri olmaq möhtəşəm bir duyğudur. Həm də mövcud bir statusa malik olaraq başqa bir rütbəyə oynamaq stratejik xətadır”.

COP29