Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İmamzadə ziyarətgah”ı dövlət qeydiyyatına alındı - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçən 30 dini icmaya şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə qurumun rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. O vurğulayıb ki, ölkədə ənənə halını almış tolerantlıq və multikultural mühit dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilib. Onun sözlərinə görə, dövlət tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.

S.Salahlı qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən mənəvi dəyərlərin təbliğinə, dini maarifləndirmə işinin təşkilinə, eyni zamanda dindarlara diqqət və qayğı göstərilməkdədir: “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinə maddi dəstəyin göstərilməsi, dini ibadət yerlərinin tikintisi və ya əsaslı təmiri bu diqqətin bariz nümunəsidir”.

Dini radikalizm və xurafatla mübarizə tədbirlərindən də danışan S.Salahlı bu sahədə dindarların, o cümlədən dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Daha sonra çıxış edən Gəncə şəhəri “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov Azərbaycanda vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

www.yenicag.az

2076
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100