İmişli bazarındakı yanğın söndürüldü – VİDEO

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.