İmişli rayonunda vətənpərlik mövzusunda tədbir keçirilib – Fotolar

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda kompozisiyalarla çıxlışar etdilib.

Bu gün İmişli rayonu Mədəniyyət Mərkəzində İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Haciyev, General-mayor Novruzəli Orucov və Şəmistan Əlizamanlının iştirakı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilmişdir.Tədbirdə əsasən rayonun gəncləri,məktəblilər iştirak etmişdir.Məktəblilər vətənpərvərlik ruhunda yazılan şerlər və kiçik kompazisiyalar göstərmişdirlər.Tədbirin sonunda Milli qəhrəman İmamveridi Əliyevin həyat yoldaşı, aprel döyüşlərində şəhid olmuş Savalanov Nəciməddinin qardaşı diplomlarla təltif olunmuşdur.Tədbir ümumilikdə gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə sədaqət və hərbi xidmətə hazırlıqlı olmaları mövzusunda keçirilmişdir.

Yenicag.az