!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmişlidə 14 yaşlı qız nişanlandı - Komitə hərəkətə keçdi

İmişli rayonunda 14 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dərhal İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda İmişli rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb. Qeyd edilir ki, 14 yaşlı qızın nişanlanması aidiyyəti qurumların nəzarətindədir.

Komitədən Yenicag.az-a verilən məlumata görə, AQUPDK məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-ə dəvət olunaraq onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.

“Məsələ aidiyyəti qurumların nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayaraq hadisənin baş verdiyi anda aidiyyəti qurumları məlumatlandıran ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik”, – komitədən bildirilib.

www.yenicag.az

165
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100