İmişlidə 1500 abonent qazsız qaldı – SƏBƏB

Fevralın 14-də gecə saat 23:00 radələrində İmişli rayonunun Aranlı və Qızılkənd kəndlərini təbii qazla təmin edən 225 millimetr diametrindəki polietilen qaz kəmərinin metal hissəsini avtamobillə vuraraq qırıblar.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilənməlumata görə, nəticədə 1500 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.

COP29