İmişlidə 5 otaqlı ev yandı

İmişlidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Çaxırlı kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamışdan ibarətdir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.