Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmişlidə ağacəkmə kampaniyası keçirilib

Ulu öndərin 94-cü il dönümü münasibəti ilə Heydər Əliyev parkında və rayonun bir sıra küçə və prospektində müxtəlif növ ağac və gül kollarının əkilməsi kompaniyası həyata keçirilmişdir.

Rayon içtimaətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə birlikdə sıravi rayon sakinləri də bu tədbirdə böyük həvəslə iştirak etmişdir.

Tədbir iştirakçılarına İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Ümummilli liderin tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki,müstəqil dövlətimizin qurucusu və memarı olan Ulu öndərin xalqımız qarşısında xidmətləri daim xatırlanır və heç zaman unudulmur. Təməli Ulu öndər tərəfindən qoyulan və prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalqımız böyük uğurlar əldə edib. Bu gün nəticəsini gördüyümüz bütün uğurlu işlərin təməli Umümmili liderimiz tərəfindən qoyulub.

Daha sonra tədbir iştirakçıları məktəblilərin gül ləçəklərindən düzəltdikləri əl işlərinə baxmışdırlar.

 

Yeniçağ.az

www.yenicag.az

464