İmişlidə avtomobil aşdı

qeza_vaz_2107wİmişli-Kürdəmir avtomobil yolunda yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında İmişli rayonu ərazisində qeydə alınıb.

İmişli şəhər sakini, 1992-ci il təvəllüdlü Namiq Ehtiram oğlu Fətullayev idarə etdiyi 30-BB-624 dövlət nömrə nişanlı, “VAZ-2107″markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil aşaraq yolun kənarına düşüb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Kənan Qalib oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.