İmişli rayonunda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində baş verib. Kənd ərazisində beton hasarın uçması nəticəsində 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlu uçqun altında qalıb ölüb.
Meyit beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.