Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb.
11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraların görüntüləri onlara övladlarını tapmaqda kömək edə bilər. Rasimin atası kamera görüntülərinin olduğu yaddaş kartının kameraya məsul olan şəxs Türkiyə vətəndaşı Hüseyn Qoca tərəfindən dəyişdirildiyini iddia edir.
Vasif Xankişiyev bildirib ki, Hüseyn Qocanın Gürcüstanda olduğu ehtimal olunur. Rasimin atası deyir ki, uşağın suda batması ehtimalı sıfıra bərabərdir. Onun boyu 142 santimetr olub. Suyun səviyyəsi isə 60 santimetr.
Hüquq müdafiəçisi Samir Zeynalovun sözlərinə görə, Rasim Xankişiyevin itkin düşməsi ilə bağlı ən vacib ipucu məhz kamera görüntüləri olub.
Həmin görüntülərin yoxa çıxması bütün şübhələri Hüseyn Qocaya yönəldir.
S.Zeynalov bildirib ki, şübhələri Hüseyn Qocaya yönəldən məqamlardan biri də onun sözügedən görüntüləri kiməsə vermək səlahiyyəti olmadığı halda bu işi tutmasıdır.
Samir Zeynalovun sözlərinə görə, Hüseyn Qocanın axtarışları üçün artıq mühüm addımlar atılıb.
Qeyd edək ki, İmişli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayətə iş başlanılıb. İstintaq aparılsa da, dekabrın 27-də Hüseyn Qocaya zəng edən şəxsin kimliyi istintaq tərəfindən bu günə kimi müəyyənləşdirilməyib.
Daha ətraflı APA TV-nin süjetində: