İmişlidə mal-qara oğurluğu edən qadın saxlanılıb

İmişlidə iribuynuzlu heyvan oğurlayan kənd sakini saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, noyabrın 4-nə keçən gecə İmişli rayonunun Qaradonlu kəndinin otlaq sahəsindən kənd sakini, Camal Heydərova məxsus 4 baş inək oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iribuynuzlu inəkləri oğurlamaqda şübhəli bilinən Qaradonlu kənd sakini Asya Mehbalıyeva şübhəli şəxs qismində saxlanılıb.