İmişlidə motosiklet minik avtomobili ilə toqquşub

İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az  xəbər verir ki, motosikletlə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarətsiz ötüşsə də, motosikldə olan rayonun Qaralar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Kamil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.