!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlinin icra başçısı Vilyam Hacıyevi şantaj edənlərə sözümüz var

!Reklam – Yazi

1463128963_v2Son illər İmişli rayonunda geniş miqyaslı tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri görülüb. Rayonun abadlaşdırılması, küçə və parkların yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması, yolların asfaltlanması, yaşayış binalarının təmiri, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ön plana çəkilib. İcra başçısı Vilyam Hacıyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində İmişli rayonunda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.

Rayonun Boşçalılar, Şahverdili, Əliqulular, Otuziki, Qaragüvəndikli, Oruclu, Məhəmmədli, Qaralar, Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı, Murğuzalılı, Mürsəlli, Cavadxanlı, Göbəktala kəndlərində və Bəhrəmtəpə qəsəbəsində təbii qaz xəttinin çəkilişləri başa çatıb və əhaliyə “mavi yanacağ”ın verilməsi təmin edilib. Kəndlərin içməli su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılır, 15 kənddə isə bu işlər başa çatdırılıb. Rayonda 55 yerlik Əliqulular kənd Uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılaraq kənd əhalisinin istifadəsinə verilib. Hazırda rayonun Məzrəli kənd tam orta məktəbinin əsaslı təmir olunması üçün işlər görülür. 2016-cı ilin birinci rübündə İmişli rayonunda 245 iş yeri açılıb. 2003-cü ildən bəri isə rayonda ümumilikdə 22716 iş yeri açılıb.

İmişli əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün İmişlidə sənaye də sürətlə inkişaf edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu istifadəyə verilib. Bunun nəticəsində rayonda hər il ÜDM məhsul artımı müşahidə edilib.

Rayonda görülən işlərə və əldə edilən uğurlu nəticələrə baxmayaraq son günlər bəzi internet saytlarda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində həqiqəti əks etdirməyən, yalan və şantaj dolu məlumatların yayımlanmasının səbəbi nədir görəsən? İcra başçısının rayona diqqətə və qayğısından yerli sakinlər böyük razılıq etdiyi halda bəs görəsən kimlər bu uğurlara görə narahatlıq keçirir və Vilyam Hacıyevin işgüzar fəaliyyətinə, şəxsi nüfuzuna xələl gətirməyə çalışır? Fim.az saytının araşdırması zamanı məlum olub ki, Vilyam Hacıyevin fəaliyyətini və uğurlarını gözü götürməyən bəzi şəxslər ona qarşı antitəbliğat kampaniyasına başlayıblar. Bəzi insanlar özlərinə yaxın xəbər saytlarında rayonun hörmətli rəhbəri barədə düzgün fakta əsaslanmayan və böhtan xarakterli sifarişli yazılar dərc etdirməklə “pul” qazanmaq istəyirlər. Şantaj xarakterli bu məlumatları yayan şəxslərin niyyəti hər kəsə məlumdur. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır.
Vilyam Hacıyevi şantaj edən insanların öz çirkin niyyətlərinə çata bilməyəcəkləri hamıya məlumdur. Çünki 2012-ci ildən İmişliyə rəhbərlik edən Vilyam Hacıyev qısa müddətdə gördüyü işlərlə rayonun 117 min nəfər əhalisinin böyük rəğbətini qazanıb. Görəsən həmin saytlar nəyə görə hazırda İmişli rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə yazılar hazırlamırlar? Nəyə görə rayon sakinlərinin son illər İmişlidə görülən işlərlə bağlı müsbət fikirlərini öyrənmirlər. Axı konkret fakta və mənbəyə əsaslanmadan yalan dolu məlumatlar yazanlara kim inanar? Bəzi internet saytların Bakıda ola-ola rayon barədə həqiqəti əks etdirməyən mənfi xarakterli yazılar yazması, Vilyam Hacıyevin fəaliyyətinə kölgə salmaq cəhdləri, onun şəxsi həyatı, oğlu barədə xoşagəlməz yazılar dərc etmələri düşmən dəyirmanına su tökənlərin əməlidir. Onların çirkin məqsədi, şantaj yolu ilə pul qazanmaq niyyəti imkan vermir ki, onlar da İmişlinin sosial-iqtisadi inkişafı istiqamətində Vilyam Hacıyevin gördüyü işlər barədə yazılar hazırlasınlar. Onlar anlamalıdılar ki, yerli əhali Vilyam Hacıyevi dəstəkləyir. Hər kəs onun barəsində yazılanların əsassız olduğunu bilir. Çünki, hörmətli icra başçısı Vilyam Hacıyev xalqa yaxınlığı ilə fərqlənən, rayon sakinlərinin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi həmişə özünü doğruldub.
Vilyam Hacıyevin rəhbərliyi ilə ötən 4 il ərzində rayonda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri yerli sakinlər və rayona gələn qonaqlar tərəfindən razılıqla qarşılanır. Həqiqətən də son illər İmişli özünün inkişaf dövrünü yaşayır və köhnə İmişlidən əsər-əlamət qalmayıb. Əhalinin sosial-rifah halı, güzəranı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Vilyam Hacıyev səmərəli fəaliyyəti ilə ölkə Prezidenti cənab İlham Əliyevin etimadını doğruldub. O, uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür. O, böyük idarəetmə təcrübəsinin olması hamıya məlumdur. Belə ki, əmək fəaliyyətinə Mülki Aviasiya İdarəsindən başlayan Vilyam Hacıyev 2002-2004-cü illərdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin, 2006-2012-ci illərdə isə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Böyük idarəetmə bacarığına malik olan Vilyam Hacıyev İmişliyə rəhbər təyin ediləndə rayon sakinlərinin sevincinə səbəb olub. O, ötən 4 il ərzində gördüyü işlərlə yerli sakinlərin ümidlərini doğruldub.(veteninfo)

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv