İmmunitet üçün ən faydalı ət növü AÇIQLANDI

Zülallar immun sisteminin normal fəaliyyətində çox böyük rol oynayır. Məhz zülallardan immunqlobulinlər immun hüceyrələri sintez olunur.

Zülalların defisiti zamanı müdafiə sistemimiz zəifləyir, insan daha tez-tez və daha ağır xəstələnir. Süd və ət məhsulları orqanizm üçün lazım olan zülalların əsas mənbələridir.

Yenicag.az xəbər verir ki, tanınmış diyetoloq Svetlana Fus immunitet üçün ən faydalı ət növünü açıqlayıb. Həkim bildirib ki, bu toyuq filesidir. Toyuq filesi çox faydalı deyetik məhsuldur, onun tərkibində immunitet üçün vacib olan bütün aminturşuları var.

“Gündə yalnız 100 qr toyuq filesini yeyən insan öz orqanizmini lazım olan zülalın 50%-i ilə təmin etmiş olur” – mütəxəssis bildirib.

Toyuq filesini qızardılmış şəkildə deyil, suda və ya sobada bişirilmiş halda yemək faydalı sayılır./Saglamolun.az /