“İmperator”un adına layiq MAAŞ – Fatih Terim hər il nə qədər qazanır?

“Qalatasaray”ın vitse-prezidenti Rezan Epözdemir komandanın baş məşqçisi Fatih Terimin aylıq maaşının məbləğini açıqlayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rezan Epözdemirin belə bir məlumatı açıqlaması mediada Fatih Terimin maaşı ilə bağlı müxtəlif iddiaların ortaya atılması ilə əlaqələndirilib.

Epözdemirin sözlərinə görə, Terimlə imzalanmış son müqavilədə onun illik maaşı 21 milyon lirə (3 milyon 745 min manat) həddində müəyyənləşib:

“Məşqçimiz bir ilə 18 milyon lirə, yəni 2 milyon avro alırdı. Müqavilənin yeniləndiyi gün 1 avro 10,5 lirə idi. Yəni bu kursla 21 milyon lirə. Biz bu məbləği artırmadan 21 milyon lirəyə razlığa gəldik. Bugünkü kursla 21 milyon lirə 1,9 milyon avroya bərabərdir”.