“İmperial” şadlıq sarayında yanğın baş verdi

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli “İmperial” şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Bu barədə Yenicag.az FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.