İmpiçment BAŞ TUTMADI – Prezident vəzifəsində QALDI

Gürcüstan prezidentinin impiçmenti baş tutmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Georgia News” portalı məlumat yayıb. Bildirilir ki, Gürcüstan prezidentinin impiçmenti baş tutmayıb.

Məlumata görə, tələb olunan 100 səslə Salome Zurabişvilinin istefasına cəmi 86 deputat səs verib.

Səsvermə zamanı müxalifət iclas zalında olmayıb.

Səsvermənin nəticələrinə görə, Salome Zurabişvili dövlət başçısı vəzifəsində qalır.

Xuraman Etibarlı