İmtahan nəticələrinin açıqlanacağı vaxt məlum oldu

Dövlət İmtahan Mərkəzi (DİM) 29 apreldə keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq olar.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək mümklündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.