İmtahan nəticələrinin açıqlanacağı vaxt məlum oldu

Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür.

Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

 

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olacaq.