İmtahan qaydalarını pozan 19 nəfərin nəticəsi ləğv olundu

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 12-də keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib.

Bu barədə Yenicag.az-a DİM-dən xəbər verilib.

İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.