!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmtahan verənlərin diqqətinə: Nəticələr 2 günə elan ediləcək

!Reklam – Yazi

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri 2 günə elan ediləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, abituriyentlər, valideynlər, müəllimlər, ekspertlərqəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir.

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

www.yenicag.az

2479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv