İnsanları bir-birindən fərqləndirən həm də onların göz rəngləridir. Kimi qara, kimi qəhvəyi, kimi də yaşıl və ya mavi göz rəngiylə doğulur. Bunu dəyişmək qeyri-mümkündür. Amma sən demə…
Yenicag.az xəbər verir ki, bəzi qidalardan 60 gün ərzində istifadə etməklə göz rəngində də müəyyən dəyişikliklər etmək olar.
Məsələn, quşüzümü çayının göz rəngini, eləcə də gözbəbəyinin ölçüsünü dəyişdirə bildiyi iddia olunur.
Müntəzəm olaraq, təmiz balla qidalanmaq gözlərə daha açıq və təbii bir rəng verir.
İspanağın tərkibindəki dəmir gözlərin daha parlaq və gənc görünməsi üçün faydalı ola bilər.
Əgər gözə faydalı olan qidalardan danışırıqsa, onda menyunuzdan balığı əskik etməyin. Çoxlu balıq yeyən insanların gözlərinin rəngi daha parlaq olur.
Mütəmadi şəkildə çobanyastığı çayı içmək stresi azaldır, eyni zamanda gözlərə canlı bir rəng bəxş edir.
Zeytun yağının bir çox faydaları məlumdur. Lakin çox az sayda insan onun göz rəngini dəyişdirə biləcəyindən xəbərdardır.
Tez-tez soğan yemək də göz rəngində yüngül dəyişiklik edə bilər.
Bundan başqa, hər gün fındıq yesəniz, göz rənginiz daha aydın olacaq.
Ət yemək göz rəngini dəyişdirmək üçün faydalıdır.
Bir də zəncəfili unutmamaq lazımdır. Belə ki, saysız-hesabsız faydalarına görə əl altında mütləq şəkildə saxlamalı olduğumuz bu bitki göz rəngində dəyişiklik etmək bacarığına da malikdir.