!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnciməsinlər, Milli Məclisdəki partiyaların bizim maraqlarımızı müdafiə edəcəklərinə inanmıram” – Partiya sədri

!Reklam – Yazi

“Parlamentdə gözlənilən müzakirələrə digər partiyaların dəvət edilib-edilməyəcəklərini bilmirəm”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun müzakirəsi ilə bağlı yaranmış vəziyyəti dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qanun layihəsinin parlamentdə və ondan kənarda hansı formatda müzakirə ediləcəyi hələ bilinmir:

“Milli Məclisdə təmsil olunan partiyaların bu qanun layihəsinin müzakirəsində hansı mövqedən çıxış edəcəklərini indidən söyləmək çətindir. Ancaq həmin partiyaların bəzilərinin sədrləri dostlarımız olsa da, onların bizim maraqlarımızı müdafiə edəcəklərinə inanmıram.

Ümumiyyətlə, bu barədə danışanda parlamentin özünün necə formalaşdırıldığı yada düşür və belə olduqda, bu cür düşünməyim haqlı görünür. Çünki Milli Məclisə keçirilmiş seçkilərlə bağlı mübahisə və narazılıqlar hələ də səngiməyib. Vəziyyət belədirsə, onlardan nə gözləyə bilərik?

Digər tərəfdən, bizim siyasi partiyalar haqqında qanun layihəsi ilə əlaqədar dəstəklədiyimiz və əleyhinə olduğumuz müddəlar var, bu barədə artıq danışmışam. Ancaq əsas məsələ təqdim olunan layihənin necə müzakirə olunması və qəbul edilməsidir.

Milli Məclisdə gözlənilən müzakirələrə digər partiyaların dəvət edlib-edilməyəcəklərini bilmirəm. Həmçinin pralamentdən kənarda hansısa formatda müzakirə keçiriləcəkmi, bu barədə də məlumatsızam. Yəqin ki yaxın müddətdə bu məsələyə aydınlıq gələr, biz də öz mövqeyimizi ifadə edərik”.

A.Zeynalov

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv