“Biz məğlub dövlətimiz olduğunu dərk etməliyik”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni siyasətçi, “EMK” partiyasının sədr müavini Levon Zurabyan “Obyektiv” verilişində bildirib.
“Bu kritik mərhələdə uğursuzluqlarımızın, məğlubiyyətlərimizin kökündə nələrin dayandığını, nəhayət, böhran içində olduğumuzu, ciddi təhlükəsizlik problemləri ilə üzləşmiş məğlub dövlətimiz olduğunu dərk etməliyik.
Biz onsuz da çox şey itirmişik, əsas uğurumuz olan Qarabağı itirdik. Hər şeyi itirdik.
İndi biz dərin böhrandayıq. Heç kim bizə hörmət etmir, təhlükələr artır.
Siyasi təhlillərimiz “ruslar bizə xəyanət etdi, fransızlar bizi sevir, biz isə fransızları sevirik, türklər bizə nifrət edir” səviyyəsindədir.
Ən vacib sualı tamamilə unuduruq. Bu yolla biz hara gedirik? Buna görə də biz bu vəziyyətdəyik. Bizi yaxşıca manipulyasiya edirlər”, – o deyib.
Levon Zurabyan vurğulayır ki, həll yollarını tapmaq üçün ilk növbədə daxilə baxmaq, səhvləri anlamaq lazımdır.
“Biz təfəkkürümüzdə əsaslı inqilab etməliyik. Resursları saymalıyıq ki, real məqsədləri formalaşdıra bilək. Bu məqsədlərin uğurla həyata keçirilməsi üçün zəmin yaradaq”, – Zurabyan qeyd edib.
Xuraman Etibarlı