Ads by Google

hightechnic
Ads by Google

650x344-abd-buyukelciligi-onunde-olay-1482199041115Ankarada həyəcan bitmir. Rus səfirinin öldürüldüyü yerin yaxınlarında yerləşən ABŞ səfirliyinin yaxınlığında bir nəfər tüfəngdən havaya atəş açıb. Yeniçağ.Az xəbər verir ki, Türkiyə saatı ilə 04.00 radələrində səfirliyin yaxınlığına gələn Şahin S. adlı şəxs paltosunun içində gizlətdiyi silahından atəş açıb.

 

Şahin S. səfirliyin təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilərək, polisə təhvil verilib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib: “İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirildiyi əraziyə yaxın yerdə baş verən hadisə ətrafda ciddi narahatlığa səbəb olub.

Polis hazırda hadisəni araşdırır.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."