!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndi QRANT VAXTIDIR - Vəfa Nağı yenidən erməni “səngər”ində

!Reklam – Yazi

Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyi bir zamanda özünü “iqlim fədaisi” adlandıran Qreta Tunberq ötən günlərdə Tbilisidə ölkəmiz əleyhinə etiraz aksiyalarına başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi önündə keçirilən aksiyada bu ölkədə yaşayan ermənilər də qoşulub.

Aksiya iştirakçıları Azərbaycan əleyhinə şüarlar səsləndirərək ölkəmizin guya Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasəti apardığını qeyd ediblər.

Qeyd edək ki, aksiyaya Azərbaycandan da dəstək olanlar olub. Onlardan biri isə Neftçala rayonundan deputatlığa namizəd olmuş Vəfa Nağıdır.

O Vəfa Nağı ki, onun sözügedən məsələdəki mövqeyi heç birimizi təəccübləndirməyib. Çünki 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı da Vəfa Nağı və ətrafındakı sapı özümüzdən olan baltalar Tbilisidə aksiyalar keçirib ermənilərin mövqeyindən çıxış edərək Azərbaycanı müharibəni dayandırmağa çalışırdılar.

Bundan başqa, antiterror əməliyyatları zamanı da o açıq şəkildə statuslar yazaraq ermənilərin guya blokadaya salındığını, onlara qarşı humanitar soyqırımı keçirildiyini dilə gətirirdi. Ən qəribəsi isə budur ki, cari ildə keçirilən parlament seçkiləri zamanı sosial media aktivistləri və bəzi feminist qruplar xanım Nağını qəhrəman elan etmişdilər. Hətta namizəd olduğu dövrlərdə onun ermənipərəst mövqeyi ilə bağlı suallar verilsə də, Vəfa Nağı hər dəfəsində məharətlə bu suallardan yayına bilirdi.

Göründüyü kimi, Vəfa Nağı üçün “indi qrant vaxtıdır” və o, yenidən öz ampluasına qayıdaraq, erməni qardaş-bacıları ilə birlikdə ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib.

Yeri gəlmişkən, onların etnik təmizləmə adlandırdığı, reallıqda isə öz xoşluqları ilə ərazilərimizdən çıxan ermənilərə Azərbaycan dövləti hər cür təhlükəsizlik və rifah vəd etsə də, onlar ölkəmizdə qalmaq istəməyiblər. Azərbaycanda qalan ermənilər isə günü bu günə qədər dövlətimizin diqqət və qayğısı ilə qorunurlar.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv