“İndi Ukrayna və Rusiya arasında danışıqlara başlamaq üçün əla vaxtdır, çünki münaqişənin davam etdirilməsi üçün heç bir səbəb yoxdur”.
Yenicag.az xəbər verir ki, bu fikri Alabamadan olan respublikaçı senator Tommi Tubervil “Fox Business” telekanalına müsahibəsində bildirib.
“İndi bütün bunları dayandırmaq üçün Ukraynada və Moskvada danışıqlara başlamağın əsl vaxtıdır, çünki müharibə orada dalana dirənib. Biz münaqişəni həll etməliyik. Bu, amerikalı vergi ödəyicilərinə baha başa gəlir, həmçinin Ukrayna və Rusiyada həyat bahasına başa gəlir. Davam etmək üçün heç bir səbəb yoxdur”, – Tabervil bildirib.
Xuraman Etibarlı