“İndiki parlamenti formalaşdıran fiqurlar istefaya göndərilibsə…” – Əli Əliyevdən erkən seçki ŞƏRHİ

“Parlamentin indiki tərkibi hakim komandanı qane edə bilməzdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü ilə prezident İlham Əliyevə ünvanladığı müraciəti şərh edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyevin sözlərinə görə, Milli Məclisin buraxılacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilən idi:

“Baş verən proseslərin məntiqi hakimiyyətin bu parlamentdən imtina edəcəyini deyirdi.

Əgər ölkənin ali icra strukturlarındakı əsas fiqurlardan imtina olunursa, o şəxslərin fəlsəfəsi ilə formalaşmış parlament bügünkü komandanı qane edə bilməzdi.

Ona görə də, erkən parlament seçkilərinə gediləcəyi gözlənirdi. Gedişat göstərirdi ki, parlamentin tərkibi dəyişdiriləcək”.

VİP sədri vurğulayıb ki, hazırkı parlament Azərbaycan cəmiyyətinin “buxov”una çevrilib:

“Hazırkı parlament cəmiyyəti inkişafdan geri saxlayır. Demirəm ki, növbəti parlament daha yaxşı olacaq, ancaq hazırkı heyətin buraxılması böyük işdir. Təbii ki, bunun yerinə daha pisi gəlməmək şərti ilə”.

Səxavət Məmməd

COP29