!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İndiki referendum müzakirələrinin əsas məqsədi cəmiyyətin ovqatını müəyyənləşdirməkdir” - Partiya sədri

!Reklam – Yazi

“Əsas diqqət proporsional sistemin bərpa edilməsinə, bununla da siyasi partiyaların seçkilərdə ümumi iştirakının təmin olunmasına yönəlməlidir”.

Bu fikirləri Azərbaycanda növbəti Konstitusiya referendumunun keçirilməsi ilə bağlı müzakirələrin intensivləşməsinə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, ölkədə referendumun keçirilməsinə dair qərarın gələn il qəbul edilməsi daha real görünür:

“Hesab edirəm ki, bu istiqamətdə müzakirələrin yenidən açılması növbəti nəbz yoxlamasıdır. Onsuz da, cəmiyyətin reaksiyasını öyrənmək üçün bu kimi mövzuları vaxtaşırı gündəmə gətirirlər.

Amma ortaya gətirilən məsələlərdə də müəyyən reallıq olmalıdır. Bu reallıq isə ondan ibarətdir ki, Azərbaycanda həqiqətən də, proporsional seçki sisteminin bərpasına ehtiyac var. Eyni zamanda, Milli Məclis üzvlərinin sayının artırılması məsələsi də müzakirə predmeti ola bilər.

Lakin fikrimcə, əsas diqqət proporsional sistemin bərpa edilməsinə, bununla da siyasi partiyaların seçkilərdə ümumi iştirakının təmin olunmasına yönəlməlidir. Bunun üçün referendumun keçirilməsi zərurəti mövcuddur.

Ancaq düşünmürəm ki, bu ilin sonuna qədər referendum təyin edilsin. Dediyim kimi, bu müzakirələrin məqsədi hələ ki nəbz yoxlanışıdır. Cəmiyyətin ovqatını müəyyənləşdirəndən sonra böyük ehtimalla gələn il qərar qəbul ediləcək”.

A.Zeynalov

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv