!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İndiki situasiyada Türkiyənin Qazaxıstandakı proseslərə aktiv müdaxilə etməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Bu heç də o anlama gəlməməlidir ki, Türkiyə Qazaxıstanda gedən proseslərdə seyrçi mövqe tutmaqda davam edəcək ”.

Bu fikirləri Qazaxıstanda cərəyan edən proseslərdə Türkiyənin və Türk Dövlətləri Təşkilatının (TDT) passivliyini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, mövcud situasiyadan fərqli olaraq, Türkiyə Qazaxıstanda fəallığını tədricən artıracaq:

“Real baxsaq, Qazaxıstandakı son hadisələr elə sürətlə inkişaf etdi və qərarlar o qədər tez qəbul olundu ki, Türkiyənin bu proseslərə dəqiq hesablanmış müdaxiləsinə yer qalmadı.

Digər tərəfdən, hələ bir müddət əvvəl də bildirmişdim ki, Rusiya Orta Asiya regionunda öz təsir imkanlarını artırmaq üçün ciddi hazırlıqlar aparmaqdadır. Orada baş verən məlum olayları bu hazırlığın nəticəsi adlandırmaq mümkündür.

Yəni Rusiya KTMT adından Qazaxıstana müdaxilə etdi və öz qoşunlarını orada yerləşdirdi. Belə bir şəraitdə Türkiyənin səhnəyə çıxması Qazaxıstandakı vəziyyəti hədsiz dərəcədə gərginləşdirə və toqquşmaların miqyasını genişləndirə bilərdi.

Amma bu heç də o anlama gəlməməlidir ki, Türkiyənin Qazaxıstanda gedən proseslərlə bağlı mövqeyi yoxdur və Ankara seyrçi mövqe tutmaqda davam edəcək. Fikrimcə, Türkiyə istər Qazaxıstanla ikitərəfli anlaşmaları, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində həmin ölkədə fəallığını tədricən artıracaq”.

A.Zeynalov

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv