İndiyədək 464 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
Bu barədə Yenicag.az -a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəjbəri Ayxan Hacızadə bildirib.
A.Hacızadə qeyd edib ki, hazırda təxliyə prosesi davam etdirilir, əlavə məlumat veriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə 30 minə yaxın insan həlak olub, minlərlə insan itkindir.