İndoneziya sahillərində, Molukka dənizində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 144 km şimal-qərbdə olub. Ocaq 53 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.