İndoneziyanın Cənubi Sumatra əyalətində 5.8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin episentri Lubuklinqau şəhərindən 91 km şimal-qərbdə, zəlzələ ocağı isə 168 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə əlavə məlumat verilməyib.