İndoneziyanın Sulavesi adasının cənubunda 7 bal gücündə zəlzələ olub.
Yenicag.az xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Agentliyi yayıb.
Yeraltı təkanlar 43 km dərinlikdə qeydə alınıb. Zəlzələ vulkanik ərazilərdə baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.