İndoneziyada 7,3 bal gücündə zəlzələ

İndoneziya ərazisində 7,3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.