İndoneziyanın Sumatra adasında 5.0 bal gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, zəlzələnin episentri Padanq şəhərindən 100 km şimal-qərbdə, ocağı 100 km dərinlikdə yerləşib.
Xatırladaq ki, ötən gün sunami Yava və Sumatra adaları arasındakı Sunda körfəzində baş verib. Hadisə nəticəsində 222 nəfər ölüb, 843 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.