İndoneziyada güclü zəlzələ

İndoneziya sahillərində, adalararası Flores dənizində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qeydə aldığı zəlzələnin dərinliyi 546 kilometr olub.

Şahidlər təkanların Bali adasında hiss edildiyini bildiriblər.

İnsan itkisi, dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.

COP29