İndoneziyada güclü ZƏLZƏLƏ

İndoneziya sahillərində Sulavesi adası yaxınlığında güclü zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 5,7 bal gücündə olan zəlzələnin episentri Manado şəhərindən 161 kilometr cənub-şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.