İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb.
Artıq ilkin məlumatlara görə, zəlzələ nəticəsində azı 16 nəfər həyatını itirib.
Sunami təhlükəsi elan olunub.