İndoneziyanın Sumbava adası sahillərində güclü zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yerli vaxtla saat 03:25-də qeydə alınan yeraltı təkanların episentri Bima şəhərindən 115 km cənubda, ocağı 2 km dərinlikdə yerləşib.
5,7 bal gücündə zəlzələ nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.