!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndoneziyada növbəti fəlakət: Bu dəfə vulkan püskürdü

!Reklam – Yazi

İndoneziyanın Şimal və Qərbi Sumatra əyalətlərində baş verən şiddətli yağışlar daşqına səbəb olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yağışdan sonra yaranmış sel və torpaq sürüşmələri nəticəsində 27 nəfər həyatını itirib. Daşqın zamanı daha 12 nəfər xilas edilib.

Ölənlərin əksəriyyətinin ərazidəki məktəbin şagirdləri olduğu bildirilib.

Fəlakət nəticəsində təxminən 3500-ə qədər bölgə əhalisinə ciddi ziyan dəyib.

İndoneziya musson yağışlarının və tropik iqlimin təsiri altındadır. Daşqınlar və sürüşmələrin böyük əksəriyyəti ərazidə baş verən şiddətli yağışlar səbəbindən olur.

Yayılan digər xəbərlərə görə, ölkənin cənubundakı Sumbava adasındakı “Sangeang Api” dağında vulkan püskürməsi müşahidə olunub.

Vulkanın 2.2 kilometr yüksəkliyə çatdığı qeyd edilib.

Adanın ən aktiv vulkanlarından biri olan “Sangeang Api” son dəfə 2014-cü ildə püskürüb. Lavalar 3000 kilometr məsafəyə yayıldıqdan sonra əhali bölgədən evakuasiya edilib.

Həşim Səhrablı

www.yenicag.az

5084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv