İndoneziyada faciə – Sərnişin gəmisi batdı – 17 ölü

İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Gəmidə olan digər 39 nəfər isə xilas edilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.