İndoneziyada təyyarə qəzası baş verib.
Yenicag.az xəbər verir ki, şənbə günü radarlardan itən təyyarə Papua əyalətinin Oksibil rayonu ərazisində qəzaya uğrayıb.
Kiçik motorlu təyyarənin göyərtəsində olan 9 nəfərdən səkkizi ölüb. Ağır xəsarətlər almasına baxmayaraq, sərnişinlərdən biri sağ qalıb.