Indoneziyada torpaq sürüşməsi: 7 tələbə öldü 

İndoneziyanın Şimali Sumatra vilayətində sürüşmə hadisəsi baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, torpaq kütləsi mehmanxananın üstünə aşıb.

Nəticədə 7 nəfər həyatını itirib, daha 7 nəfər xəsarət alıb. Ölənlərin tələbə olduğu bildirilib.

Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, tələbələr sürüşmə zamanı səyahətdə olublar.

Xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.