Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İndoneziyada tsunami dəhşəti: ölənlərin sayı 373 oldu

Indoneziyada 22 dekabrda meydana gələn tsunami nəticəsində ölənlərin sayı 373 olub.

Yenicag.az xəbər verir ki, Sumatra və Cva adaları arasında yerləşən Sunda boğazında baş verən fəlakət nəticəsində daha 1459 nəfər yaralanıb. 128 nəfər itkin düşüb.

Xilasetmə qrupları bölgədəki vəziyyəti nəzərə alaraq ölü sayının artacağını bildirib.

Səlahiyyətlilər tsunamiyə səbəb kimi Anak Krakatau dağında baş verən vulkanik hərəkətləri göstərib.

Qeyd edək ki, bundan əvvəl Sulavesi adasında 23 sentyabrda baş verən 7,5 bal gücündəki zəlzələdən sonra yaranan tsunami nəticəsində 2 mindən çox adam ölüb, 1500 nəfər itkin düşüb.

2004-cü ildə baş verən 9,1 bal gücündəki zəlzələ və tsunami qonşu ölkələri də əhatə edərək 230 min insanın həyatına son qoyub.

www.yenicag.az

1728
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100