İndoneziyada zəlzələ DƏHŞƏTİ – Ölənlərin sayı 42 nəfərə çatdı

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, məlumatı yerli “CNA” televiziya kanalı yayıb.

Məlumatda bildirilib ki, 34 nəfər Mamucu şəhərində, 8 nəfər isə şəhərin cənub rayonunda ölüb.

Dağıntılar altında qalanların axtarışı davam etdirilir.

Qeyd edək ki, İndoneziyada baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb.