!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnək əti yediyi üçün öldürüldü

!Reklam – Yazi

скачанные файлы (1)Hindistanın Uttar-Pradeş ştatının Dadri kəndində dini motivdə qətl hadisəsi törədilib.

Əhalisinin əksəriyyəti hinduizm dininə sitayiş edən kənd sakinləri onlar üçün müqəddəs sayılan inək ətindən qida kimi istifadə edən 50 yaşlı müsəlman Məhəmməd Əhlaka hücum ediblər. Sayı 100 nəfərdən çox olan kütlə Əhlakı və onun ailə üzvlərini evlərindəcə döyüblər. Başından kərpiclə bir neçə dəfə zərbə alan ailə başçısı ölüb.

Məhəmməd Əhlakın 22 yaşlı oğlu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hücum edənlər Əhlak ailəsinin inək ətindən isitfadə etdiyini öyrəndikdən sonra bu addımı atıblar. Lakin polis əməkdaşları evdə aşkarlanan ətin qoyuna aid olduğunu müəyyən ediblər.

Müsəlman ailəsinə edilən hücum ştat ərzaisində dini zəmində toqquşmalara rəvac verib.

Əhalisinin 80%-i 11 ştatda hinduzim dininə siyatiş edən 1,2 milyardlıq Hindistanda inək, buzov, öküz və dananın kəsilməsi qanunla qadağandır.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv